Kino incəsənətin ən bədbəxt sahəsidir

Öz hisslərini biruzə verən insanlara baxa bilmirəm...Андрей Тарковский
Yaradıcılıqda ikiüzlülük heç də effektiv vasitə deyil.

İncəsənətin əsas məqsədi insanları mənən ölümə hazırlamaqdan ibarətdir...

Uşaqlıqda ayaqyalın gəzirdik. Yayda isə, ümumiyyətlə, ayaqqabı geyinmirdik, çünki yoxumuz idi. 
Qışda mən anamın çəkmələrini geyinirdim. Nə isə, yoxsulluq – bu söz həqiqəti tam mahiyyəti ilə ifadə etmir. Kasıbçılıq!

Məncə, uşaqlığımızın sonrakı taleyimizə, həyatımıza qətiyyən təsiri yoxdur. Biz bu məsələyə lazım olandan artıq önəm veririk. Psixoanalitiklərin insan həyatını onun uşaqlığı vasitəsilə öyrənmək cəhdləri şəxsiyyətin infantilizasiya edilməsinin yollarından biridir.
Həmişə ataya ehtiyacım olub. Həyatda əldə etdiyim bütün uğurlara görə, anama borcluyam.

Əlbəttə ki, atam böyük rus şairidir. Ancaq o, heç vaxt məşhurlaşması üçün bir şey yazmadı.

Hər bir insan uşaqlıqdan tək qalmağa öyrəşməlidir. Bu tənha olmaq demək deyil. 
Bu özünlə darıxmamaq deməkdir.
Ardı →

Sözün qüdrəti

Sözün qüdrəti danılmazdır. Əsas məsələ odur ki, yerində deyilsin. 

Fərqi yoxdur, istər şirin olsun, istər kobud, yerində işlədilən sözün təsiri çağlayıb, məcrasını dağıdan sellərdən daha güclüdür. Leksik olaraq, bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə; dil və nitq mənalarına gələn sözdən keçmişdən-günümüzə istifadə edildiyi kimi, gələcəkdə də hər kəs ehtiyacı olduğu qədər istifadə edəcəkdir. Söz insanın tutan əli, görən gözüdür. Natiq və xətiblərin; şair və söz sənətkarlarının çəliyi, əsası həmişə söz olmuş, “söz”lə oturub, “söz”lə durmuşlar, nitqlərini mənalı və kəsərli sözlərlə bəzəmişlər.
Ardı →

Sevgi günahdır

Boşanma hansısa orqanın amputasiyasına bənzəyir. Yaşamağa davam etsəniz də nəsə əksik olacaq.

Sevgi günahdır, amma yoxluğu daha böyük günahdır.

İnsanlar xoşbəxt sonluqlara nəyə görə ağlayırsa, toylarda da o səbəblə ağlayırlar. Əslində bu, reallaşmayacağını bildikləri şeyə ümidsizcə inanmaq istədikləri üçündür.

Həyatımız zibillik kimidir. Ölünün arxasınca zibili yığışdırırsan və özün də öləndə nə torba doldurulacağını başa düşürsən.

Başqaları haqqında həddən çox şey bilmək insanı o insanların “hakimiyyəti” altına salır, sizin üstünüzdə haqqı olduğunu düşünürlər. Nəyi niyə etdiklərini başa düşməyə çətinlik çəkir və nəhayət, qarşılarında aciz görünürük.

Həqiqəti yazmağın yeganə yolu yazdıqlarınızın heç vaxt oxunmayacağını düşünməkdir.

Bizə elə gəlirdi ki, böyüklərdən qaçırıq, bir də gördük özümüz də böyümüşük.
Ardı →

Gülmək kişi, ağlamaq qadın işidir

İmmanuel KantƏllərini yellətmək azadlığı başqa adamın burnunun ucunda bitir.

Dünyada iki şey qəlbimi müqəddəs həyəcanla doldurur: başımın üstündəki ulduzlu səma və qəlbimdəki əxlaqi qayda.

Ədalət yox olanda insan həyatına dəyər verən başqa heç nə qalmır.

Öz ağlından istifadə etmək cəsarətinə sahib ol.

Vərdişlərimiz çoxaldıqca azadlığımız azalır.

İnsan çox nadir hallarda qaranlıqda işıq, xoşbəxtlikdə bədbəxtlik, rifah halında möhnət haqqında düşünür. Amma həmişə qaranlıqda olanda işıq, bədbəxtlikdə xoşbəxtlik, möhnətdə olanda rifah haqqında düşünür.

Biri gölməçəyə baxanda orda palçıq görər, başqası isə ulduzlu səmanı.

İnsana arzu etdiyi hər şeyi verin, o dəqiqə hiss edəcək ki, bu “hər şey” hər şey deyil.
Ardı →

İlham yalnız iş zamanı gəlir

Qabriel Qarsiya MarkesMən şlyapa qoymuram ki, kiminsə qabağında onu çıxarmalı olmayım. (“Polkovnikə məktub yoxdur”)

Hər şey canlıdır; əlbəttə, əgər onun ruhunu oyatmağı bacarsan...(“Yüz ilin tənhalığı”)

Sevən adamlar əşyaları ilə birgə ölsələr daha yaxşı olardı. (“Vəba dövründə məhəbbət”)

İnsan bir dəfəlik şeyləri çox xoşlayır, ona görə ki, özü də birdəfəlikdir.

Kim ki, çoxdan gözləyir, hələ bir az da gözləyə bilər. (“Polkovnikə məktub yoxdur”)

İnsan yalnız bir dəfə-anası onu dünyaya gətirəndə doğulmur, həyat onu dəfələrlə özünü doğmağa məcbur edir. (“Vəba dövründə məhəbbət”)

Bir şeyə qadın qarışıbsa, əminəm ki, hər şey yaxşı olacaq. Dəqiq bilirəm, dünyanı qadınlar idarə edir.
Ardı →

Cəsarət qorxunun yoxluğu deyil

Tibbi kitabları oxuyarkən ehtiyatlı olun. Siz çapda edilən səhvdən ölə bilərsiniz.Mark Tven

Həyatının ən önəmli iki günü: 
1. Doğulduğun gün
2. Niyə doğulduğunu anladığın gün.

Məni yarı yolda qoyduğunu düşünüb, o yolda qaçarkən nəfəs-nəfəsə qalanlar, yolun sonunda sizi gözlüyərəm.

Mən insanları nə irq, nə sinif, nə dininə görə ayırıram. Tək əhəmiyyət verdiyim şey insanın insan olmasıdır və bu mənim üçün kifayətdir.

Xırda pul insanın cibini deşər, xırda insan da qəlbini, buna görə də ən yaxşısı hər ikisini xərcləyin getsin.

 Xəyallarınızı önəmsəməyən insanlardan uzaq durun, kiçik insanlar bunu həmişə edərlər...Halbuki böyük insanlar, böyük xəyallarınızı gerçəkləşdirə biləcəyinizə inanmağınıza kömək edərlər.

Cəsarət qorxunun yoxluğu deyil, qorxuya dirənmək, qorxuya hökm etməkdir.
Ardı →

Bu il keçən ilki insan deyilik

Biz bu il keçən ildəki insan deyilik. Elə bizim sevdiyimiz insanlar da əvvəlki deyillər. O vaxt hər şey gözəl olur ki, biz də dəyişirik, sevdiyimiz insanlar da, amma aradaki sevgi olduğu kimi qalır.Уильям Сомерсет Моэм

Dost seçimi edərkən xarakter altında gizlənən şəxsiyyəti seçərək aldanmayın.

Roman yazmaq üçün üç qayda var. Bədbəxtlikdən, bu qaydaların nədən ibarət olulduqları heç kəsə məlum deyil.

İnsanın hər töhvəsində onun ruhunun macəraları öz əksini tapmalıdır.

Həyatdakı qəribəlik ondadır ki, qəbul etmək istəmədiyimiz şeylərlə daim qarşılaşmalı oluruq.

Ancaq adi bir adam hər zaman etdikləri ilə qane olar.

Ən uzun müddətli sevgi, heç vaxt geri dönməyən sevgidir.

İnsanlar sizdən onları tənqid etmənizi xahiş edərlər, amma qəlblərində istədikləri yalnız tərifdir.

Mən bilmirəm” deməyin nə qədər asan olduğunu anlamısınızsa demək ki, çox gecikməmisiniz.

Hər hansısa bir şənlikdə ağıllı şəkildə yemək lazımdı, ancaq tam doymaq olmaz. Yaxşı danışmaq xoş olar, ancaq dahi təsiri bağışlamaq mütləq deyil.

Somerset Moem
Davamı →

Özlərinə görə məyus olanlar ancaq axmaqlardır

Hər şeydən əl cəkərək, hec bir ins-cinsin tərəfindən tanınmayan sadə bir məkana getmək əla olardı.Əgər, yalnız başqalarının oxuduqları kitabları oxuyursuzsa, o zaman elə onların düşündükləri kimi düşünəcəksiniz, əlavə heç nə.

Xatirələr insanı lap dərindən isidir, amma eyni zamanda da parça — parça edərək məhv edir.

Ağrı qaçılmazdır, əzab çəkmək isə mütləq deyil.

Özünüz haqqında düşünərkən məyusluq hissindən qaçın. Özlərinə görə məyus olanlar ancaq axmaqlardır.

Mən daim nələrisə arzulayıram. Hərdən düşünürəm ki, bu etdiyim ən doğru şeydir.

Bizə hiss etdirdiyi əzablardan asılı olmayaraq, bəzi xatirələrin nə vaxtsa yoxa çıxmasını istəmirik.

Ölüm həyatın əksi deyil, lakin onun bir hissəsidir.
Ardı →

Öz yalnış yolunla get!

DostoyevskiƏn əsası özunə yalan danışma. Özünə yalan danışan insan günlərin birində o həddə gəlib çatır ki, yalanla gerçəyi bir — birindən ayıra bilmir, özünə və başqalarına olan hörmətini də itirir. Heç bir hörmət sahibi olmadığına görə də sevgi hissini unudur.

Dünyada yaşayan bütün varlıqlar içərisində yalnız insan cəfəngiyat danışa bilir. Bunu edən insan bir gerçəyi göstərir: mən cəfəngiyat danışıram, çünki mən insanam.

İnsan gözünə ancaq pis günlər görünər, yaxşı günlər isə, sanki görünməzdir.

Başqasının doğru yolu ilə getməkdənsə, özünün yalnış yolunla get.

Bəzən, qəfildən elə insanlarla qarşılaşırıq ki, ilk baxışdan, heç bir söz danışmadan belə həmin insan bizi maraqlandırır.

Doğru və ya yanlış olmasından asılı olmayaraq bəzən nəsə bir şey sındırmaq insanı çox məmnun edir.

İnsanlığı sevirəm, –o dedi, — ancaq təəccüblüdür ki, insanlığa olan sevgim nə qədər çoxdursa, hər bir fərdə ayrılıqda olan sevgim bir o qədər azdır.
Ardı →